Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə ölkəmizin milli musiqi alətləri olan tar, kamança, qaval, balaban və tütək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qazaxıstanın Almatı şəhərində yerləşən İxlas adına Xalq Musiqi Alətləri muzeyinə hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə muzeyin rəhbərliyi, Almatı şəhər Mədəniyyət Departamentinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, səfirliyin Almatı şəhərindəki təmsilçisi və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Almatı şəhər Mədəniyyət Departamentinin müdir müavini Daniyar Aliyev çıxış edərək bildirib ki, ortaq tarixi kökə və dəyərlərə sahib olan Azərbaycan ilə Qazaxıstan arasında son illər mədəni əlaqələr daha da genişlənib, bu sahədə ardıcıl işlərin aparılması nəticəsində münasibətlər xeyli dərinləşib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhəri üzrə nümayəndəsi Ramil Rzayev iki dost xalqı dərin tarixi tellərin, mədəni-mənəvi əlaqələrin bağladığını, uzunmüddətli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını bildirib. O, diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli əlaqələrin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Qeyd edib ki, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün münbit zəmin var. O, Azərbaycanın zəngin musiqi mədəniyyəti, onun tarixi haqqında tədbir iştirakçılarına məlumat verib, muzeyə hədiyyə olunan xalq musiqi alətlərinin özəllikləri və xüsusiyyətləri haqqında geniş məlumat verib.
Daha sonra, Azərbaycanın milli musiqi alətləri muzeyə təqdim edilib.
Tədbirdə İxlas adına Xalq Musiqi Alətləri Muzeyinin direktoru Uljan Baybusınova və Almatı şəhər Azərbaycanlılar Assosiyasiyanın sədri Qəhraman Sadiyev çıxış edərək muzeyin Azərbaycan xalq musiqi alətləri ilə təmin olunması kimi əhəmiyyətli təşəbbüslə çıxış etdiyinə görə ölkəmizin Qazaxıstandakı səfirliyinə və Mədəniyyət Nazirliyinə təşəkkür ediblər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Muzeyə musiqi alətlərinin hədiyyə edilməsi muzey rəhbərliyi və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Rəsmi çıxışlardan sonra Qazaxıstandakı Azərbaycan icmasından olan musiqiçilər hədiyyə olunmuş musiqi alətlərində ifalar edib və kiçik konsert proqramı təşkil olunub.
Sonda alətlər muzeyin ekspozisiya zalına yerləşdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
- 16:57 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:38 “Bir həyat bir şans” adlı tədbir keçirilib
- 16:30 “Müstəqillik Günü” adlı tədbir keçirilib
- 16:25 “Müstəqilliyimiz milli sərvətimizdir” adlı tədbir keçirilib
- 16:06 Milli Kitabxanada “28 May-Müstəqillik Günü” haqqında tədbir olub
- 14:58 Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub
- 14:41 Azərbaycan nəsri “Migel de Servantes” kitabxanasında
- 14:39 Minəcik karvansarası – İpək Yolunun üzərində memarlıq incisi
- 14:25 Bu gün Xalq artisti Soltan Dadaşovun doğum günüdür
- 14:19 Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür
- 14:16 "Müstəqillik günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir" adlı tədbir keçirilib
- 09:31 İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub
- 09:28 ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib
- 09:20 Bakıdakı Rus evində bəstəkar Mixail Qlinkanın 220 illiyi qeyd edilib
- 21:09 “Bir həyat-bir şans” mövzusunda maarifləndirici tədbir keçirilib
- 16:55 “Tarixin bütöv Azərbaycan ili” adlı hesabat konserti keçirilib
- 16:21 Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub
- 14:32 Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür
- 14:17 Parisdə “Louis Vitton” Fondunda azərbaycanlı pianoçunun solo konserti olub
- 14:07 Milli Kitabxanada “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb
- 13:04 28 May-Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
- 11:53 Firəngiz Əlizadənin “Nağıllar” simfonik poeması Londonda ifa edilib
- 11:26 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Balaca qonaqlar” adlı yeni layihəyə start verilib
- 10:52 Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
- 10:07 “Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib
- 09:57 Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
- 09:54 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:50 Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür
- 09:44 Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
- 09:15 AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib
- 09:12 Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub
- 09:08 Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 17:31 Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub
- 17:07 “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatıb
- 16:31 Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 illik yubileyi münasibətilə filmlər nümayiş olunub
- 14:28 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:21 Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb